logo

Azərbaycanda daha 497 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

18:16 18-07-2020 | icon 1708
Azərbaycanda daha 497 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Bir neçə gündür ki, Azərbaycanda koronavirusdan sağalanların sayında müsbət dinamika müşahidə olunur. Ötən sutka ərzində koronavirus infeksiyasına 497 yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 27 min 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 min 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib. Aktiv xəstə sayı 8334 nəfərdir.

Ötən müddət ərzində 619 min 786 test aparılıb. Bugünkü test sayı isə 9263-dür.