logo

Sabah Bakıda 37°, bölgələrdə isə 40° isti olacaq

14:55 18-07-2020 | icon 2149
Sabah Bakıda 37°, bölgələrdə isə 40° isti olacaq

Azərbaycanda iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26°, gündüz 32-37° isti, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində zəif cənub küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27° isti olacağı gözlənilir.

Azərbaycanın bəzi rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40° isti, dağlarda gecə 12-17°, gündüz 23-28° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 19-da Abşeron yarımadasında zəif cənub küləyinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 35-39° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-39° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 17-20°, gündüz 28-30° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-25°, gündüz 31-36° isti, dağlarda gecə 21-23°, gündüz 25-30° isti olacağı gözlənilir.