Nazirlər Kabinetinin son Qərarı ilə bəlli bir yumşalma tədbirləri tətbiq olunacaq. İstərdik ki, proseslər daha da irəliləsin. Yumşalma tədbirləri tətbiq olunsa da qaydalara əməl edilməsi ciddi şəkildə monitorinq olunacaq. Təəssüf ki, bir dəfə xüsusi karantin rejiminin qaydaları yumşaldılandan sonra nəticə heç də yaxşı olmadı. Vətəndaşlara müraciət edərək bildirmək istəyirəm ki, qaydalara diqqətlə yanaşmağı davam etdirsinlər. Sübut edək ki, qaydalara əməl edərək yumşalma tədbirlərinin tətbiqi mümkündür.
YeniAvropa xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
O, çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacağını da diqqətə çatdırıb: "Qarşıdan gələn günlərdə xüsusi monitorinq qrupları yaradılacaq. Həmin qruplarda Bakı Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri təmsil olunacaqlar. Onlar çimərliklərdə monitorinq aparacaqlar. Xüsusi qaydalara riayət olunduğu halda çimərliklərdən istifadə məsələsi düşünüləcək. Demirəm ki, bu olacaq. Lakin ən azından bunu düşünmək istəyirik".