Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional və Zaqatala rayon Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Mosul kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildiriblər ki, ümumi çəkisi 2 tondan artıq olan 6285 çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı təhqiqat aparılır.