Təmir işləri ilə əlaqədar iyulun 18-19-da paytaxtın Ziya Bünyadov prospektinin “Karl Marks dairəsi” kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində “Xutor dairəsi” istiqamətində hərəkət müvəqqəti məhdudlaşdırılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülər alternativ olaraq Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar Babayev, 22-ci Dağlıq və Hüseyn Seyidzadə küçələrindən istifadə edə bilərlər.