logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

23:42 16-07-2020 | icon 2114
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

İyulun 16-da Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8722 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 601 min 500-ə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8575-ə bərabərdir. Xəstələrdən 345 nəfəri reanimasiyadadır ki, onlardan da 68-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 16-da Azərbaycanda koronavirus infeksiyasına daha 493 yoluxma faktı qeydə alınıb, 561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 26 min 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 min 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib.