logo

"AZAL" 159 Azərbaycan vətəndaşını Daşkənddən vətənə gətirib

19:55 16-07-2020 | icon 2093
"AZAL" 159 Azərbaycan vətəndaşını Daşkənddən vətənə gətirib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 16-da axşam saatlarında Daşkənddən 159 Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə yetirib.

"AZAL"dan YeniAvropa-ya bildirilib ki, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirusa (COVID-19) dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdırlar. ⠀

Qeyd edək ki, "AZAL"ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir