logo

Azərbaycanda daha 529 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

17:11 13-07-2020 | icon 2618
Azərbaycanda daha 529 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 529 yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 24 min 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 min 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib. Aktiv xəstə sayı 8617 nəfərdir.

Ötən müddət ərzində 576 min 249 test aparılıb. Bugünkü test sayı isə 8015-dir.