logo

Məhşur gəminin heyət üzvlərindən yarıdan çoxu koronavirusa yoluxdu

22:49 12-07-2020 | icon 2415
Məhşur gəminin heyət üzvlərindən yarıdan çoxu koronavirusa yoluxdu

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus "Qurban Abbasov” kran-montaj gəmisinin 19 heyət üzvündən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

YeniAvropa xəbər verir ki, Xəzər dənizində neft buruqlarının tikintisi üzrə ixtisaslaşmış gəmidə işçilərin bəzilərinin bədəninin temperaturu yüksəlib və bundan sonra bütün heyət üzvlərindən koronavirus üçün yaxma nümunələri götürülüb.

Məlum olub ki, 35 heyət üzvündən 19- u koronavirusa yoluxub.

Xəstələr Bakı Atletlər Kəndində müalicəyə cəlb olunublar.

Vəziyyəti nisbətən ağır olan dənizçilər isə Cəlilabad və Astara rayon Mərkəzi Xəstəxanalarına göndəriliblər.