İyulun 12-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7878 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 568 min 234-ə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayıb. Bildirilib ki, hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8642-yə bərabərdir. Xəstələrdən 356 nəfəri reanimasiyadadır ki, onlardan da 58-i süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, iyulun 12-də Azərbaycanda koronavirus infeksiyasına daha 520 yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 24 min 41 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 min 93 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib.