Təmir işləri ilə əlaqədar iyulun 11-12 -də paytaxtın Ziya Bünyadov prospektinin “20 yanvar dairəsi” istiqamətindən “3-cü mikrorayon dairəsi” üzərində yerləşən yolötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, sürücülər alternativ olaraq Ziya Bünyadov prospektinin, o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.