Vaqif Əsədov: Paytaxtda mobil postların sayı artırılıb
Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar paytaxtın inzibati ərazisində nəqliyyat vasitələrinin hərəkətinə nəzarət məqsədilə qurulan stasionar postların ləğv edilməsi barədə bəzi KİV-lərdə məlumatların yayılması haqlı olaraq hərəkət iştirakçılarının çaşqınlığına və narazılığına səbəb olur.
YeniAvropa xəbər verir ki, bu fikri Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov səsləndirib. Onun sözlərinə görə, paytaxtda postlar ləğv olunmayıb. Sadəcə olaraq postların ləğv edilərək başqa üsulla xidmət aparılması barədə nəqliyyat vasitələri sahiblərinə məlumat verilib. Təəssüf ki, belə məlumatlar başqa formada yayıldığı üçün narahatlığa səbəb olub. Buna görə bir daha bildiririk ki, stasionar postlardakı xidmət başqa xidmət növü ilə əvəzlənib. Məqsəd stasionar postların yerləşdiyi ərazilərdə süni sıxlığın və hərəkətlə bağlı icazələrin yoxlanılması zamanı yaranan ləngimələrin aradan qaldırılmasıdır. Hazırda Bakı şəhərinin inzibati ərazisinə düşən bütün küçə və prospektlər tam nəzarətə götürülməklə mobil postların yaradılması və bu postlarda xidmətin təşkili davam etdirilir. Bundan başqa, reydlər vasitəsilə də hərəkətə nəzarət edilir. Belə ki, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan polis əməkdaşları vasitəsilə nəzarəti gücləndirilib, hərəkətdə olan nəqliyyat vasitələrinin və onlarda olan sərnişinlərin hərəkəti, icazə sənədləri yoxlanılır. Bu günə qədər bu sistem üzrə yol polisi əməkdaşlari xidmətlərini davam etdirirlər.
Bölmə rəisi təəssüf hissi ilə vurğulayıb ki, bəzi KİV-lərdə stasionar postların ləğv edilməsi ilə bağlı hələ də məlumatlar yayılır. Sanki karantin rejimi də ləğv edilir. Belə informasiyalar təbii ki, çaşqınlığa və narahatlığa səbəb olur. Vətəndaşların diqqətinə bir daha çatdırırıq ki, stasionar postlarda təşkil olunan xidmət başqa xidmət növü ilə əvəzlənib və hərəkətə bu üsulla nəzarət edilir. Paytaxtın inzibati ərazisində mobil postların sayı artırılıb. Dövlət yol polisi əməkdaşları bu postlar vasitəsilə sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayırlar. Evdən çıxmasına icazə verilməyən şəxslər postlarda inzibati məsuliyyətə cəlb oluna bilərlər.
Sürücüləri tibbi qaydalara əməl etməyə çağıran V.Əsədov deyib: “Buradan hərəkət iştirakçılarına çağırış edirik ki, ictimai nəqliyyatda, yəni, avtobuslarda və taksilərdə tibbi vasitələrdən istifadə edin, maska taxın. Taksilərdə şəffaf arakəsmələr olmalıdır ki, insanlar virusa yoluxmasınlar”.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq