Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.
YeniAvropa xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Günay Məmmədli Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Günay Məmmədli bundan əvvəl Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində prokuror vəzifəsində çalışıb.
Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.
Xatırladaq ki, prokurorluq orqanlarında son dövrlər aparılan kadr islahatları zamanı xanım əməkdaşların təyinatı diqqət çəkir, gendər bərabərliyinin qorunması müsbət qarşılanır.