logo

Kürdə batan 3 nəfərdən birinin cəsədi sudan çıxarılıb

22:13 09-07-2020 | icon 2569
Kürdə batan 3 nəfərdən birinin cəsədi sudan çıxarılıb

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, həmin ərazidə batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu və 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.