logo

Böyük Şor gölündə çirkab maddələr yığılaraq ərazidən kənarlaşdırılıb

21:18 09-07-2020 | icon 2548
Böyük Şor gölündə çirkab maddələr yığılaraq ərazidən kənarlaşdırılıb

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinə başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, verilmiş tapşırığa uyğun olaraq, bu gün Nazirliyin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası Böyük Şor gölünə gətirilib. Xidmət tərəfindən, ilk növbədə, gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Gün ərzində görülmüş tədbirlər sayəsində 14 ton çirkab maddə yığılaraq ərazidən kənarlaşdırılıb. Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin, təqribən, 50 faizində işlər yekunlaşdırılıb. İşlərin qısa müddətdə tamamlanması üçün zəruri tədbirlər davam etdirilir.