logo

Azərbaycanda  daha 542 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

18:30 08-07-2020 | icon 2450
Azərbaycanda  daha 542 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 542 yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 min 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 8542 nəfərdir.

Ötən müddət ərzində 537 min 230 test aparılıb. Bugünkü test sayı isə 7355-dir.