logo

Səbail polisi karantin rejimini pozub hotelin hovuzunda dincələnləri  saxladı

19:36 05-07-2020 | icon 2254
Səbail polisi karantin rejimini pozub hotelin hovuzunda dincələnləri  saxladı

Paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejimi qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

DİN mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşimançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

0-1-13

Xatırladaq ki, bu gün xəbər saytlarında Səbail rayonundakı "Fairmont Baku" hotelinin hovuzundan istifadə edənlərin görüntüləri yayılıb.