Hazırda dünyada bu ilin üçüncü Ay tutulması müşahidə olunur.
YeniAvropa xəbər verir ki, bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.Qeyd edilib ki, saat 07:07-dən başlayan yarımkölgəli Ay tutulması saat 08:31-də maksimum həddə müşahidə ediləcək və saat 09:52-də başa çatacaq.
Bu təbiət hadisəsi Cənub/Qərbi Avropa, Afrika və Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanları və Antarktidada müşahidə edilir. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) Aydan bir az tünd görünür.
Ay tutulması Azərbaycanda müşahidə olunmur.
Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (ikisi Günəş, dördü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.