Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu(KİV DF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.
YeniAvropa xəbər verir ki, müsabiqə qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılmış və ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb.
İndiyədək KİVDF-dən maliyyə yardımı ayrılan bu qəzetlər isə siyahıdan kənarda qalıb: “Kaspi” qəzeti, “Mövqe” qəzeti, “Üç nöqtə” qəzeti, “Palitra” qəzeti, “Oxu məni” qəzeti, “Hərbi And” qəzeti, “The Business Times” qəzeti.
Qeyd edək ki, "Kaspi" qəzeti PA-nın sabiq şöbə müdiri Əli Həsənovun həyat yoldaşı Sona Əliyevaya, “Mövqe” qəzeti KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə məxsusdur.