Şəmkirçay su anbarında batan şəxs axtarılır.
Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.