Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı rayon ərazisindəki ticarət obyektlərinin birində qanunsuz fəaliyyət göstərən beş dərzi sexi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, polis əməkdaşları tərəfindən həmin sexlərə baxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin rejiminin qaydalarını pozduğu, heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub.
Qanun pozuntusuna yol verən şəxslər və sahibkarlar polislər tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.
Sahibkarlıq subyektləri eyni əməli növbəti dəfə törədərlərsə, barələrində daha ciddi inzibati tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq olunub.