Azərbaycanda koronavirus infeksiyasına daha 572 yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir. Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 18 min 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib. Aktiv xəstə sayı 8031 nəfərdir.
Ötən müddət ərzində 495 min 828 test aparılıb. Bugünkü test sayı isə 6976-dır.