logo

Nazir Olimpiya mükafatçısını yeni vəzifəyə təyin etdi

21:54 30-06-2020 | icon 2289
Nazir Olimpiya mükafatçısını yeni vəzifəyə təyin etdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.

YeniAvropa xəbər verir ki, əmrə əsasən bu vəzifəyə 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarının cudo növündə bürünc mükafatçısı, dünya birinciliyinin mükafatçısı, sambo üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası, Azərbaycanın əməkdar məşqçisi Mövlud Mirəliyev təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.

Xatırladaq ki, Mövlud Mirəliyevin rəhbər təyin edildiyi Göygöl Olimpiya İdman Kompleksi Azərbaycanın güləş və cudo yığmasının təlim-məşq toplantıları keçirdiyi əsas baza hesab edilir.