logo

Yaqut Qarayeva: Testlərin cavabları vətəndaşlara SMS-lə gəlməyəcək

19:31 30-06-2020 | icon 3507
Yaqut Qarayeva: Testlərin cavabları vətəndaşlara SMS-lə gəlməyəcək

Artıq bir neçə gündür ki, “E-təbib” mobil tətbiqi istifadə olunur. Verdikləri testlərin nəticələri vətəndaşlara mobil tətbiq vasitəsilə çatdırılır. Testlərin nəticələri artıq SMS formatında göndərilmir və göndərilməyəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib.

“Laborator analizin nəticəsini öyrənmək üçün sadəcə olaraq “E-təbib” mobil tətbiqini yükləmək və FIN kodu daxil etmək lazımdır. Mobil tətbiqdəki çatışmazlıqlar aradan qaldırılıb. Bununla əlaqədar 8113 - “qaynar xətt” əlaqə mərkəzi fəaliyyət göstərir. Vətəndaşların sualları olarsa, “qaynar xətt”ə müraciət edə bilərlər”, - deyə Y.Qarayeva qeyd edib.