Klinik simptomlu şəxsləri, yoluxanlarla təmasda olanları və xaricdən gələnləri test edirik. Hazırda bu testləri 23 laboratoriya aparır.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib.
Yaqut Qarayeva qeyd edib ki, laborator imkanların artırılması planlaşdırılır. Laborator testlərin aparılması üçün yaxın günlərdə ölkəyə yeni avadanlıqların gətirilməsi gözlənilir. Ümumi olaraq test saylarının artması müşahidə olunur.