logo

İstanbulun mərkəzi küçələrindən biri “Azərbaycan” adlandırılıb

11:59 30-06-2020 | icon 3143
İstanbulun mərkəzi küçələrindən biri “Azərbaycan” adlandırılıb

Dünyanın ən böyük meqapolislərindən olan İstanbulun mərkəzi bölgələrindən biri olan Sarıyer rayonunun qədim ərazisindəki “Cendere” küçəsinin adı ölkəmizin bu şəhərdəki baş konsulluğunun təklifi və təşəbbüsü əsasında dəyişdirilərək “Azərbaycan” adlandırılıb. Bu, “İki dövlət, bir millət!” şüarı altında birləşən Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq bağlarının daha bir bariz nümunəsidir.

YeniAvropa xəbər verir ki, bu barədə  baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, küçənin adının dəyişdirilməsi Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə baş tutub. Qərar rəsmi prosedurların yekunlaşdırılması məqsədilə İstanbul Böyük şəhər Bələdiyyə Məclisinin bu il iyulun 13-də keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.