logo

Karantin rejimini pozan 1674 hərəkət iştirakçısı cərimələnib

11:29 30-06-2020 | icon 2394
Karantin rejimini pozan 1674 hərəkət iştirakçısı cərimələnib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi iyunun 29-da xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən YeniAvropa-ya  bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 29-u saat 00:00-dan iyunun 30-u saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1405 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 267 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1674 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu müddətdə Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 70-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 180, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 65-i rayon, 70-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 150-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 230 nəqliyyat vasitəsi geri qaytarılıb. Ümumilikdə 545 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.