logo

Koronavirus barədə 7 il əvvəl ANS TV-də xəbər efirə gedib

23:47 29-06-2020 | icon 2989
Koronavirus barədə 7 il əvvəl ANS TV-də xəbər efirə gedib

7 il əvvəl ANS TV-nin efirindən koronavirusla bağlı səsləndirilən xəbərin videoyazısı gündəmin müzakirə mövzusuna çevirilib.

 YeniAvropa xəbər verir ki,sözügedən videoyazıda xəbəri jurnalist Afət Telmanqızı səsləndirib. 
Xəbərdə deyilir: “Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır, yeni ölümcül virus yayılır. İnsandan insana keçə bilən virus 10-dan çox insnanın həyatına son qoyub. Virusun xüsusilə yaşı 60-ı ötən kişilərdə ağır keçdiyi bildirilir. Virusa qarşı effektiv dərman yoxdur. Alimlər virusun yaranma ocaqlarını və onun insana yoluxma yollarını hələlik aşkarlaya bilməyib”.

Ardınca verilən süjetdə xəstəliyin əsas əlamətləri kimi yüksək hərarət, öskürək, boğulma və tənəffüs çatışmazlığı qeyd edilir. Eynilə COVID-19-un əlamətləri kimi...

Bəziləri videonun montaj olduğunu iddia edir. Videogörüntünün həqiqiliyinə inananlar isə 7 il ərzində vaksin hazırlamadığına görə Ümumdünya Səhiyyə Təşkilatını ittiham edib.

Məsələ ilə bağlı açıqlama verən A.Telmanqızı videonun real olduğunu bidirib:“Bu, ANS-in 2013-cü il may ayında “Xəbərçi”də efirə getmiş kadrlarıdır. Bu videoda montajdan söhbət gedə bilməz. Həmin vaxt virusun heyvandan insana keçməsi məsələsi gündəmdə idi. Əgər kadrdan sonra reportaj verilir, reportajın üstündə də koronavirusla bağlı titr gedirsə, burada montaja yer qalmır. Videogörüntüdə 2013-cü ildə dünyanı bürüyən virusdan bəhs edilir. Görünən odur ki, indiki COVID-19 həmin virusun başqa bir növüdür”.

Jurnalist deyib ki, xəbərin oxunması təsadüfən onun efir vaxtına düşüb:“Bu xəbəri də oxumaq mənim payıma düşüb, bilmirəm təsadüfdür ya nə, hər halda belə alınıb. Dünəndən sosial şəbəkələrdə geniş müzakirə edilən videonu izləyən dostlarım zarafatla deyir ki, “koronavirus sənin işlərindir””.