logo

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu,8 nəfər öldü

20:59 29-06-2020 | icon 2611
Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu,8 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 544 yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16 min 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib. Aktiv xəstə sayı 7393 nəfərdir.

Ötən müddət ərzində 475 min 525 test aparılıb. Bugünkü test sayı isə 6558-dir.