“Azərbaycan Sənaye Bankı” ASC (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan vəfat edib.
YeniAvropa xəbər verir ki, o, 47 yaşında koronavirusdan dünyasını dəyişib.
Xatırladaq ki, Türkiyə vətəndaşı olan D.Tandoğan banka 19 dekabr 2016-cı il tarixindən rəhbərlik edirdi.