Ötən gecədən başlayaraq iyunun 28-i səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
YeniAvropa xəbər verir ki, bu barədəMilli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, düşən yağışın miqdarı Gədəbəydə 10, Daşkəsən, Naxçıvanda 8, Göygöldə 6, Şahdağda 5, Tərtər, Ağdam, Sədərəkdə 3, Şərur, Şahbuz, Ağdərə (Ordubad), Zərdab, Lerik, Balakəndə 2, Gəncə, Şəmkir, Tovuz, Zaqatala, Xaltan, Bərdə, İmişli, Sarıbaş (Qax), Xınalıq, Yardımlıda 1 millimetr olub. Səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, yağış yağıb. Külək tədricən mülayimləşib.
Havanın temperaturu iqlim normasından 1.7° aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-27°, Aran rayonlarında 24-28°, dağlıq rayonlarda 16°-dək, Naxçıvan Muxtar Respublikasında 29-32° isti olub.