logo

Deputat Etibar Əliyevdən keçmiş rəqibi Mehman Hüseynova ağır sözlər

10:57 28-06-2020 | icon 3269
Deputat Etibar Əliyevdən keçmiş rəqibi Mehman Hüseynova ağır sözlər

“Bir şərəfsiz qardaşının xərçəng xəstəliyindən müalicəsi üçün xalqımıza müraciət edib, dəstək diləndi. Səhv etmirəmsə ona 140.000 manat pul yığıldı. Pul yığımı başa çatandan sonra onun şərəfsiz qardaşı çox yox, 2 gün sonra müalicəsini “başa çatdırdı” və dovşan libası geyinib özünü dovşan xalqın nümayəndəsi adlandırdı. Xərçəngdən cəmi 2 günə “müalicə olunan” şərəfsizin dediyindən belə çıxdı ki, onun hərəkətindən hətta İsveçrə həkimləri də şoka düşübmüş. Tez sağalıb dovşan paltarı geyinməsindən və ona dəstək duran xalqını təhqir etməsindən”.

YeniAvropa xəbər verir ki,  bu fikirləri deputat Etibar Əliyev səsləndirib. O, daha sonra qeyd edib ki, Mehnam Hüseynovun hərəkəti erməni xislətidir:

“Bu şərəfsizlər hələ indiyə qədər məskunlaşdıqları ölkədə ermənilər haqqında ağızlarından bir söz belə çıxarmayıblar”.

Xatırladaq ki, Etibar Əliyevlə Mehman Hüseynov son parlament seçkisində 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd olublar. Mehman Hüseynov  seçkilərin Etibar Əliyevin xeyrinə saxtalaşdırılması, eləcə də  Etibar Əliyevi aşağılayan videolar paylaşır, onu saxtakarlıqda, əqidəsini dəyişməkdə ittiham edib.