logo

Azərbaycanda  əhalinin təbii artımı azalır

10:59 27-06-2020 | icon 2345
Azərbaycanda  əhalinin təbii artımı azalır

Azərbaycanda əhalini təbii artımı azalır.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev  "Facebook" hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, ölkədə əhalinin sayının azalması gələn ilin əvvəlində özünü daha aydın şəkildə büruzə verəcək. 

"Rəsmi statistik məlumata görə, bu ilin yanvar-aprel aylarında ölkə üzrə doğum ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% azalıb. 2019-ci ilin ilk 4 ayında doğum səviyyəsi 44,7 min nəfər olduğu halda 2020-ci ilin analoji dövründə bu göstərici 34,8 min nəfərə düşüb. Doğumun azalması fonunda ölüm halları 1,9% artıb. Əvvəlki illə müqayisədə bu il ölənlərin sayı 387 nəfər çox olub.

Ölüm hallarının artımını pandemiya ilə əlaqələndirmək olar, ancaq doğumun heç bir halda qlobal bəla ilə əlaqəsini tapmaq mümkün deyil. Çünki övlad dünyaya gətirilməsinin planlanması pandemiya barədə anlayışın olmadığı dövrə düşür. Bəs bu azalma nə ilə bağlıdır? Doğumun azalması, ölümün artması nəticəsində ölkə üzrə təbii artım 42% azalıb. Təəssüf ki, pandemiya təbii artıma neqativ təsirini (məsələn, toyların təxirə salınması) gələn ilin əvvəllərində görə biləcəyik. Ən azı nikahların 25% azalması bunu deməyə əsas verir",-deyə Samir Əliyev vurğulayıb.

Ekspert daha sonra qeyd edib ki, doğulanların 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarıdır: "Balansın oğlanların xeyrinə pozulması da gələcək üçün başqa bir böhrandır".

Samir Əliyev həmçinin qeyd edib: "Şad xəbər budur ki, boşanmalar 23% azalıb".