Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6980 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 456 min 215-ə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 6818-ə bərabərdir. Xəstələrdən 178 nəfəri reanimasiyadadır ki, onlardan da 31-i süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, iyunun 26-da Azərbaycanda koronavirus infeksiyasına daha 517 yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.
İndiyədək ölkəmizdə 15 min 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 8364 nəfər müalicə olunaraq sağalıb, 187 nəfər vəfat edib.