logo

Əməkdar müəllim koronavirusdan öldü

20:29 26-06-2020 | icon 2625
Əməkdar müəllim koronavirusdan öldü

Laçın rayon təhsil şöbəsinin keçmiş müdiri, əməkdar müəllim Şahlar Xəlilov koronavirusdan dünyasını dəyişib.

 YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları "Facebook"da məlumat paylaşıblar. Qeyd edilib ki, o, 72 yaşında vəfat edib.

Xatırladaq ki, Şahlar İsa oğlu Xəlilov 10 aprel 1948-ci ildə Laçın rayonunun Ərəb kəndində anadan olub. Uzun müddət təhsil sahəsində çalışıb, Laçın rayon təhsil şöbəsinin müdiri vəzifəsini tutub.

Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə Ş.Xəlilov "Əməkdar müəllim" fəxri adına layiq görülüb.