Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa "Facebook"da status paylaşıb.
Onun sözlərinə görə, 55 yaşlı hakim Namiq Məmmədov müalicə olunduğu Astarai Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Deputat mərhum Namiq Məmmədovun onun tələbə yoldaşı olduğunu qeyd edib.