logo

DYP: Karantini pozan 1248 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

13:32 26-06-2020 | icon 2520
DYP: Karantini pozan 1248 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi iyunun 25-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayını və görülən tədbirləri açıqlayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 25-i saat 00:00-dan iyunun 26-sı saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 885 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə 363 nəfər həmin Məcəllənin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. İnzibati məsuliyyətə cəlb edilənlərin ümumi sayı 1248 nəfər olub.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında gün ərzində aparılan yoxlamalar zamanı 307-si paytaxt, 211-i isə rayon istiqamətinə olmaqla 518 avtomobil geri qaytarılıb.