İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildiriblər ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Cülyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 600 kiloqramdan artıq olan 522 çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.