logo

Xəzər dənizində dalğaların hündürlüyü 3,2 metrə çatıb

11:57 26-06-2020 | icon 2618
Xəzər dənizində dalğaların hündürlüyü 3,2 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 26-da səhərədək ölkə ərazisinin bəzi yerlərində şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qərb küləyi güclənib.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, düşən yağışın miqdarı Oğuzda 16, Şəkidə və Xınalıqda 9, İsmayıllı, Qəbələ və Şahdağda 3 millimetr olub.

Qərb küləyi Naftalanda 26, Neftçalada 20, Gəncə, Tərtər, Ağstafa və Tovuzda 18, Salyan və Şəmkirdə 16, Abşeron yarımadasında və Bakıda 28, Sumqayıtda 21, Pirallahı və Ələtdə 20, Binədə 19, Zabratda 18, Çilov adasında 17, Neft Daşlarında 16 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3,2 metrə çatıb.