logo

Oqtay Gülalıyev  4-cü dəfə əməliyyata alınıb

19:59 25-06-2020 | icon 2331
Oqtay Gülalıyev  4-cü dəfə əməliyyata alınıb

Hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti dəfə əməliyyata alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər.

“İlk əməliyyatı zamanı götürülmüş kəllə sümüyünün yerinə qoyulması üçün əməliyyat olunmasının vacib olduğu bildirildi. Ümid edirik ki, son əməliyyat onun üçün müsbət dəyişikliklərə doğru yol açacaq”, - deyə ailə üzvləri bildiriblər.

 Qeyd edək ki, O.Gülalıyev bundan əvvəl üç dəfə əməliyyat olunub.

Xatırladaq ki,ötən il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və İstanbul şəhərindəki Avrasiya Xəstəxanasına yerləşdirilib.

Bir neçə gün öncə ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib. O.Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan Xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir.