logo

Azərbaycanda daha 547 nəfər  koronavirusa yoluxdu, 6 nəfər öldü

17:47 25-06-2020 | icon 2450
Azərbaycanda daha 547 nəfər  koronavirusa yoluxdu, 6 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 547 yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib. Qeyd edilib ki, "COVID-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 14 min 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 8059 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib. Aktiv xəstə sayı 6613 nəfərdir.

Ötən müddət ərzində 449 min 235 test aparılıb. Bugünkü test sayı isə 7274-dür.

<ins'>