logo

Kamran Əliyev İsmət Qayıbovun oğluna yüksək vəzifə verdi

16:52 25-06-2020 | icon 2310
Kamran Əliyev İsmət Qayıbovun oğluna yüksək vəzifə verdi

Baş prokuror Kamran Əliyev kadr islahatları ilə bağlı yeni əmr imzalayıb.

 YeniAvropa xəbər verir ki, Kamran  Əliyevin əmri ilə İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

 Xatırladaq ki, İ. Qayıbov müstəqillik qazandıqdan sonra Azərbaycanın ilk baş prokuroru olan İsmət Qayıbovun oğludur. İsmət Qayıbov 1991-ci il noyabrın 20-də Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu "Mi-8" vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.