logo

Kamran Əliyev daha 10 rayona yeni prokurorlar təyin etdi

15:53 25-06-2020 | icon 2394
Kamran Əliyev daha 10 rayona yeni prokurorlar təyin etdi

 

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir. 

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Anar Cəfərov Ağstafa, Vasif Süleymanov Ağdam, Vahid Məmmədov Cəlilabad, İlkin Mustafayev Laçın rayonunun prokuroru vəzifələrinə, İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər.

Bundan başqa, baş prokurorun imzaladığı əmrlərlə Rəşad Bəşirova Qax, Vəli Mustafayevə Masallı, Adil Vəliyevə Saatlı, Rasim Musayevə Zaqatala, Əli Əliyevə Astara, Nəsif Nəcəfova isə Neftçala rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.

Məlumatda sonda qeyd edilir ki, kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar bundan sonra da davam etdiriləcək.