logo

Türkiyədə 5,4 bal gücündə zəlzələ olub

14:54 25-06-2020 | icon 2394
Türkiyədə 5,4 bal gücündə zəlzələ olub

Türkiyənin Van vilayətinin Özalp rayonunda 5,4 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Yeraltı təkanlar iyunun 25-də yerli vaxtla saat 13:03-də qeydə alınıb. Zəlzələ ətrafdakı vilayətlərdə də hiss olunub. Əhali arasında təşviş yaranıb.

Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur.