logo

Cümə günü “ASAN xidmət” mərkəzləri işləməyəcək

17:55 24-06-2020 | icon 2814
Cümə günü “ASAN xidmət” mərkəzləri işləməyəcək

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, iyunun 27-dən etibarən isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, aprelin 27-dən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 “Çağrı Mərkəzi” vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən, iyunun 21-i saat 00:00-dan etibarən iyulun 5-i saat 06:00-dək həmin ərazilərdə məhdudiyyətlər tətbiq edilir. Qeyd olunan müddətdə müvafiq Qərar ilə əlaqədar məhdud sayda əməkdaşların işə çıxmasının təmin edilməsi məqsədilə 1 saylı Bakı “ASAN xidmət” və 2 saylı Bakı “ASAN Kommunal” mərkəzlərində sənəd qəbulu həyata keçirilmir. Həmin mərkəzlərdə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar isə mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.