logo

İstanbulda qalan 60 azərbaycanlı Operativ Qərargaha müraciət etdi

17:11 23-06-2020 | icon 2632
İstanbulda qalan 60 azərbaycanlı Operativ Qərargaha müraciət etdi

Pandemiya səbəbindən İstanbulda qalan 60-a yaxın Azərbaycan vətəndaşı Operativ Qərargaha müraciət edib.

 YeniAvropa xəbər verir ki, vətəndaşların müraciətində deyilir:

"60 nəfərik. Bizim bir problemimiz var - o da Azərbaycana qayıtmaq. İstanbulda qalmışıq. Gecə-gündüz fikirləşirik, çıxış yolu axtarırıq ki, Azərbaycana necə qayıdaq? Dəfələrlə Azərbaycanın burdakı səfirliyinin önünə getmişik. Müraciətimizə cavab vermirlər. Deyirlər ki, gedin, AZAL sizə kömək eləsin. AZAL-ın saytına və telefon nömrələrinə düşə bilmirik. Saytlarını 10 dəqəqəlik açırlar, o anda bilet alan alır, almayan da qalır. Əksəriyyətimiz də tələbədir. Bir dəfə 200 manatlıq alış-veriş kartı veriblər, vəssalam. Xahiş edirik, Operativ Qərargahdan və AZAL-dan, bizə kömək edin, səsimizə səs verin".

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski Qaynarinfo-ya açıqlamasında bildirib ki, çarter reysləri AZAL tərəfindən həll olunmur: "Bu, Operativ Qərargahın tapşırığı ilə həll olunur. Carter reysləri hazırda bağlıdır. Ona görə bu sual birbaşa Operativ Qərargaha verilməlidir".