Azərbaycanda daha iki jurnalistdə koronavirus aşkarlanıb.
YeniAvropa xəbər verir ki, “Palitra” qəzetinin əməkdaşı, ölkə prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayeva və “Cebhe.info” və “Cumhuriyyət” portallarının əməkdaşı Müşfiq Abdulladan 3 gün əvvəl götürülmüş testlər pozitiv çıxıb.
Qeyd edək ki, koronavirusa yoluxma halı əvvəlcə Müşfiq Abdullanın həyat yoldaşında baş verib, daha sonra ərini və baldızını yoluxdurub. M.Abdullanın xanımında xəstəlik ağciyərlərin pnevmoniyasına səbəb olub.
Ötən həftənin sonlarında təcili tibbi yardım briqadası gələrək onlardan yaxma analizi götürüb. Dünən axşam isə analiz nəticələrinin pozitiv olduğuna dair mesaj alıblar.
Xatırladaq ki, M.Abdulla və N.Abdullayeva bacı-qardaşdırlar və Bibiheybət qəsəbəsində yerləşən "Jurnalist binaları"nda yaşayırlar.
Bu gün TƏBİB-in həkim briqadası gələrək hər üç şəxsi müalicə müəssisəsinə aparıb.