“Bu bağlamalar Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən Bakıda və 14 digər rayonda 3,600-dən çox insanı əhatə edən 600 ailəyə çatdırılacaq. Bu yardım ABŞ-ın "COVID-19" pandemiyasına qarşı qlobal cavab tədbirlərinin bir hissəsi olaraq Amerika xalqının səxavəti sayəsində mümkün olub. Pandemiyanın təsirinə məruz qalan insanlara dəstək göstəməkdə tərəfdaşlıqlarına görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və UNICEF-ə təşəkkürlər”, -deyə məlumatda bildirilib.