logo

Daha bir jurnalist ATV-dən getdi

19:55 22-06-2020 | icon 2282
Daha bir jurnalist ATV-dən getdi

ATV-nin "Xəbərlər" Departamentinin daha bir jurnalisti telekanaldakı fəaliyyətinə son verib.

YeniAvropa xəbər verir ki, müxbir Səbuhi Turan "Facebook" hesabından 8 il çalışdığı "ATV Xəbər"dən ayrıldığını açıqlayıb.

O, fəaliyyətini SOCAR-ın Təhlükəsizlik İdarəsində rəis müşaviri kimi davam etdirəcəyini bildirib: "Dostlar, 8 il çalışdığım ATV kanalından ayrıldım. Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı tele-jurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram. Bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq yenə də mediadakı dostlar ilə sıx əməkdaşlıq edəcəyik. Hər birinizə uğurlar!".