logo

Azərbaycanda daha 478 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

19:15 22-06-2020 | icon 2716
Azərbaycanda daha 478 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 478 yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, "COVID-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 13 min 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib. Aktiv xəstə sayı 5878 nəfərdir.

Ötən müddət ərzində 426 min 394 test aparılıb. Bugünkü test sayı isə 4345-dir.